Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Şuveyx limanında yenidənqurma işlərinə 160 milyon dollar xətclənəcək

Küveyt limanları administrasiyası Şuveyx limanında yanalma körpülərinin yenidən qurulması layihəsinin birinci mərhələsinə başlayıb. Layihənin dəyəri 48,747 milyon Küveyt dinarı (160 milyon dollar) təşkil edir.

Bu barədə limanın press-relizində məlumat verilib.

Layihənin podratçıları olan Cənubi Koreyanın tikinti şirkəti “Hyundai E&C” və “Gulf Construction and Marine Works” işləri 3 il ərzində başa çatdırmağı öhdələrinə götürüblər.

Tikinti işlərinə Şüveyx limanının ümumi uzunluğu 1,3 km olan yanalma körpülərinin yenidən qurulması və təmiri, limanın qərb yanalma körpüsünə və 8 saylı estakadanın asma hissəsinə texniki xidmət daxildir. Yenidənqurma işləri başa çatdıqdan sonra limanın yanalma körpüləri müxtəlif tipli gəmiləri qəbul edə, gəmi daxilolmalarının sayını və yük dövriyyəsini artıra biləcək.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır