Aİ dəniz nəqliyyatından CO2 emissiyalarının azalacağına ümid edir
Aİ Şurası və Avropa Parlamenti gəmiçilikdən CO2 emissiyalarının azaldılması ilə bağlı razılığa gəliblər.
“Korabel.ru”-xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Razılaşma dəniz nəqliyyatı sektorunun 2030-cu ilə qədər istixana qazı emissiyalarının ən azı 55% azaldılması və 2050-ci ilə qədər iqlim neytrallığına nail olunması üzrə ümumavropa hədəfinə töhfəsini artırır.
Yeni qaydaya əsasən, gəmi yanacaqlarından istixana qazı emissiyaları 2025-ci ildəki 2%-dən 2050-ci ilədək 80%-ə qədər tədricən azaldılmalıdır. Buna daha təmiz yanacaqlardan istifadə etməklə nail olunacağı gözlənilir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır