Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Aktau dəniz limanından konteyner axınının 100 min TEU-yə çatacağı gözlənilir

"Aktau Dəniz Ticarət Limanı" Milli Şirkəti və limanın ayrıca bölməsi - "Bautino" yük sahəsi "Aktau Dəniz Limanı" Azad İqtisadi Zonasının bir hissəsinə çevrilib.

Bu barədə "Qazaxıstan Dəmir Yolu" SC-nin mətbuat xidməti məlumat verib.

2028-ci ilə qədər xüsusi hüquqi rejim müəyyən edilib. Qeyd olunur ki, Azad İqtisadi Zona çərçivəsində verilən üstünlüklər limanın inkişafına, investisiya layihələrinin tam şəkildə həyata keçirilməsinə töhfə verəcək. Onların arasında limanın bazasında konteyner qovşağının tikintisi və limanın müasir yükdaşıma avadanlığı ilə yenidən təchiz edilməsi də var.

Xatırladaq ki, Aktau limanında konteyner qovşağının yaradılması planları Qazaxıstan hakimiyyəti tərəfindən 2022-ci ilin mart ayının sonunda elan edilmişdi. Layihənin həyata keçirilməsi ilə Qazaxıstan dəniz limanı vasitəsilə konteyner axınının 100 min TEU-yə çatacağı gözlənilir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır