Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Aberdin limanı 2040-cı ilə qədər Böyük Britaniyanın ilk sıfır emissiyalı yükaşırma müəssisəsi olmağı hədəfləyir

Şotlandiyanın Aberdin limanı administrasiyası 2040-cı ilə qədər Böyük Britaniyanın ilk sıfır emissiyalı yükaşırma müəssisəsi olmaq üçün növbəti 10 il ərzində 69,16 milyon dollar (55 milyon funt sterlinq) sərmayə qoyacağını açıqlayıb.

“Seanews.az”-ın məlumatına görə, bu məqsədə çatmaq üçün limana daxil olan gəmilərdən sıfır emissiyaya nail olmaq, eləcə də bütün liman əməliyyatlarının ekoloji cəhətdən təmizliyinə zəmanət vermək lazım gələcək. Emissiyaların 97%-i limana yan alan gəmilərin payına düşür.

Bundan əlavə, Aberdin limanının cənub hissəsinin genişləndirilməsi layihəsi 12 ay ərzində tam başa çatdıqdan sonra limanda gəmilərin ümumi tonajına əsaslanan karbon intensivliyi performansının qiymətləndirilməsi həyata keçiriləcək.

Limana yan alan gəmiləri qurudakı elektrik stansiyaların enerjisi ilə təmin etməklə yaxın illərdə emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq istəyirlər.

Ətraf mühitə təsirin azaldılması məqsədilə liman öz ərazisində elektrik nəqliyyatını istifadəyə verib və yanalma körpülərində isə işıqlandırma sistemi quraşdırılıb.

Son illərdə limanın rəhbərliyi limanın infrastrukturunun inkişafına böyük sərmayə qoyub. Cənubi Limanın təkmilləşdirilməsi dəniz küləyi, hidrogen və köhnəlmiş avadanlıqların istismardan çıxarılması da daxil olmaqla enerji transformasiyasında artım üçün imkanlar açacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır