Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Ukraynaya gedən gəmi Yunanıstanda ciddi zədələnib

“ANT” (Vanuatu bayrağı) gəmisi Yunanıstan sularında Sinqapur bayrağı altında üzən “Potentia” ilə toqquşub.

“Seanews.az”-ın məlumatına görə, Misirdən Ukraynaya gedən “ANT” gəmisinin heyəti 10-u Türkiyə vətəndaşı olmaqla 13 nəfərdən ibarətdir. 19 nəfərlik heyətlə “Potentia” gəmisi İzmirdən Fransaya gedirmiş.

“ANT” gəmisi bütün gövdə boyu ciddi zədələnsə də, kapitan Yunanıstan xilasedicilərinin və liman rəhbərliyinin köməyindən imtina edərək Türkiyəyə istiqamət götürüb.

Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib, heç bir gəmi su götürməyib və ya yük daşımayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır