Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-19,
Seanews
Heyder Eliyev

Qrenlandiya sahillərində kruiz gəmisi saya oturub

"Ocean Explorer" kruiz gəmisi Qrenlandiya sahillərində saya oturub.

TASS bu barədə Danimarka Ümumarktika Komandanlığının bəyanatına istinadən xəbər verir.

"Bazar ertəsi günortadan sonra Arktika Komandanlığına "Ocean Explorer" kruiz laynerinin Qrenlandiyanın şimal-şərqində saya oturması və gəminin özünü xilas edə bilməyəcəyi barədə məlumat daxil olub. Laynerin göyərtəsində 206 sərnişin və heyət üzvü var. İlkin məlumatlara görə, xəsarət alan yoxdur, gəmi ətraf mühit üçün risk yarada biləcək ciddi zərər görməyib”, - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Danimarka və Qrenlandiya Milli Geoloji Xidmətinin alimləri Qrenlandiya buz örtüyünün əriməsi səbəbindən dəniz səviyyəsinin zamanla 27 sm yüksələcəyini bildirmişdilər.

Tədqiqat 2000-ci ildən 2019-cu ilə qədər olan peyk məlumatlarına əsaslanır. Alimlər qeyd ediblər ki, bu müddət ərzində buz təbəqəsi xeyli azalıb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır