Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları Malayziyada təlimdə iştirak ediblər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi (KSƏTƏMM) Depatamentinin mütəxəssisi Əli Əliyev və ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin Yanğın əleyhinə profilaktika qrupunun mühəndisi Səbuhi Qurbanlı “Malayziya Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində Malayziyada keçirilən təlimdə iştirak ediblər.

Təlim 2023-cü il sentyabrın 4-dən 12-dək Kuantan şəhərində AMSAS Dənizçilik Akademiyasında baş tutub.

Təlim zamanı iştirakçılara ölkənin su sərhədinin mühafizəsi, dəniz ətraf mühitinin qorunması və dəniz qanunlarının icra vəziyyətinin yoxlanılması məqsədilə gəmilərdə inspeksiyaların keçirilməsi və inspeksiya zamanı diqqət yetiriləsi sənədlər, gəmi heyətinin və gəminin yoxlanılması prosedurları barəsində ətraflı məlumatlar verilib. Proqramın daha yaxşı mənimsənilməsi üçün müxtəlif sahə gəzintiləri də təşkil edilib.

Təlimdə ümumilikdə 7 ölkədən 11 nəfər iştirak edib. Təlimin sonunda hər iki ASCO əməkdaşı da daxil olmaqla iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır