Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Qazaxıstanın Baş nazirinin müavini “Azərbaycan” gəmi-bərəsində olub

Qazaxıstan Respublikasının Baş nazirinin müavini Serik Jumanqarin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış RoPax tipli “Azərbaycan” gəmi-bərəsində olub.

Qonağı qarşılayan gəminin kapitanı Ayaz Pirmuradov idarə etdiyi gəmi barədə ətraflı məlumat verib. O bildirib ki, bu, Azərbaycanda istehsal olunan ilk milli RoPax tipli gəmi-bərədir və yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.

Baş nazirin müavininə məlumat verilib ki, “Azərbaycan” gəmi-bərəsi ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynayır.

Gəmi ilə tanışlıq zamanı ölkələrimiz arasındakı müxtəlif sahələrdə, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə görülən işlərin müstəsna əhəmiyyəti qeyd olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır