Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Gəmiçiliyin əməkdaşı Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın iclasında çıxış edib

Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni  (ASCO) təmsil edən qurumun  İstismar kommersiya departameninin Tanker qrupunun rəhbəri Aqşin Muxtarov  çıxış edib.

O, çıxışında ASCO-nun fəaliyyət istiqamətləri və üzmə coğrafiyası haqqında məlumat verərək bildirib ki, şirkət Xəzər dənizi ilə yanaşı, xarici sularda da fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılmasına yönəlik mühüm tədbirlər həyata keçirir.

Aqşin Muxtarov son dövrlər alınan yeni gəmilər və bu istiqamətdə gələcək planlar barədə də danışaraq görülən tədbirlər çərçivəsində ASCO-nun mövcud potensialının davamlı artdığını vurğulayıb.

Həmçinin o, ASCO-nun yerli peşəkar dənizçi kadrlarının hazırlanması istiqamətində həyata keçirdiyi işlər barədə də tədbir iştirakçılarına geniş məlumat verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır