Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Kipr Aİ-də ən təmiz çimərlik yerlərinə malikdir

Çimərlik yerlərinin 97 faizinin “əla su keyfiyyətinə” malik olduğu Kiprdən sonra ikinci yerdə Avstriya, üçüncü yerdə Xorvatiya yer alıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “əla su keyfiyyətinə” malik olan çimərlik yerlərinin ən yüksək nisbəti Kiprdədir. Bu barədə Avropa Ətraf Mühit Agentliyi və Avropa Komissiyasının hesabatında deyilir.

Hesabata görə, keçən il Avropada çimərlik yerlərinin 85 faizindən çoxu suyun "əla" keyfiyyətinə görə Aİ standartlarına uyğun olub. Suyun keyfiyyəti “zəif” olan çimərlik yerlər təxminən 1,5 faiz təşkil edib. Sənəddə həmçinin göstərilir ki, dənizlərdə suyun keyfiyyəti ümumiyyətlə daxili göllərə nisbətən daha yaxşıdır.

Çimərlik yerlərinin 97 faizinin "əla su keyfiyyəti" olaraq qiymətləndirildiyi Kiprdən sonra ikinci yerdə Avstriya, üçüncü yerdə Xorvatiya yer alıb. Sonuncu yerdə olan Albaniyada çimərlik yerlərinin yalnız 41 faizi əla su keyfiyyətinə malikdir. Macarıstan, Estoniya, Belçika və Rumıniyada da təmiz çimərlik suyu ilə bağlı problemlər var. Aİ üzrə orta göstərici 85 faiz təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır