Həştərxan vilayətindən Azərbaycana 20 tondan çox balıq məhsulu ixrac edilib
Ötən həftə ərzində Həştərxan vilayətindən Azərbaycana 20 tondan çox balıq və balıq məhsulu yola salınıb.
Bu barədə Rostov, Volqoqrad və Həştərxan vilayətləri üzrə Rusiya Kənd Təsərrüffatı Nəzarəti İdarəsinin və Kalmıkiya Respublikasın eyni qurumunun həftəlik yekun məlumatında deyilir.
Qurumun mətbuat xidmətinin məlumatına görə sənədlərin və gömrük yoxlamaları zamanı heç bir baytarlıq qaydalarının pozuntusu aşkar edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır