Ərəbistan dənizində Hindistan və ABŞ təlim keçirib
Hindistan və ABŞ ordusu birgə dəniz təlimi keçirib.
"Seanews.az" xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri məlumat (HDQ) yayıb.
Açıqlamada təlimin ötən həftə Ərəbistan dənizində baş tutduğu bildirilib.
Təlimdə təchizat və dəniz manevrləri kimi tapşırıqlar icra olunub.
Açıqlamada o da qeyd olunub ki, təlim vasitəsilə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri mürəkkəv dəniz əməliyyatları aparmaq bacarıqlarını artırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır