Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

Dənizdə itirilən konteynerlərin sayı azalır

2023-cü ildə gəmilər 221 konteyner itirib. Bu, 2008-ci ildən bəri, bütün müşahidə dövrü üçün ən aşağı göstəricidir.

“Container News” Dünya Gəmiçilik Şurasının (“WSC”) hesabatına istinadən bildirir ki, ümumilikdə keçən il dünya üzrə 250 milyon konteyner daşınıb.  

"Dənizdə itirilən konteynerlərin sayının azalması müsbət haldır, lakin bu, bizim işimizin aktuallığını azaltmır, çünki hər itirilən konteyner potensial təhlükə yaradır", - deyə hesabatda qeyd edilir.

“WSC” dənizdə itən bütün konteynerlər haqqında hesabatın verilməsini məcburi edən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya (SOLAS) müvafiq düzəlişlərin hazırlanmasına öz töhfəsini vermişdir.

Dünya Gəmiçilik Şurasının məlumatına görə, 2008-ci ildən 2022-ci ilə qədər hər il orta hesabla 1500 konteyner dənizdə itib. 2022-ci ildə 661 konteyner, 2013-cü ildə isə demək olar ki, 6 min konteyner (“MOL Comfort” konteyner gəmisindən 4,3 min konteyner, “MSC Rena”dan isə 750,9 min konteyner itirilib) dənizdə yoxa çıxıb. 2020-ci ildə ümumilikdə 4 minə yaxın konteyner, o cümlədən “ONE Apus”-dan 1,5 min konteyner və “Maersk Essen”-dən 750 konteyner dənizin sularında qərq olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır