Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

“Dünya konteyner daşıma bazarında xaos hökm sürür”

Qırmızı dəniz bölgəsindəki vəziyyət nəqliyyat imkanlarının çatışmazlığına səbəb olub. Asiya-Avropa ticarətində hər bir xidmət ən azı 2-4 əlavə konteyner gəmisi tələb edir.

“The Loadstar” “Yang Ming”-in maliyyə direktoru Peter Sunun bəyanatına istinadən xəbər verir.

"Gəmilər Ümid burnunu dolanmağa məcbur olurlar və vəziyyəti düzəltmək hər hansı gəmiçilik şirkətinin nəzarəti xaricindədir. Bazar o qədər xaotikləşib ki, səfərlərin ləğvini izah etmək mümkün deyil. Cənub-Şərqi Asiyanın limanları həddən artıq yüklənib və xətt operatorları üçün bu limanlara gəmi səfərlərindən imtina etmək son çarədir”.

Bu il 2,2 milyon TEU-luq yeni gəmilərin  istismara verilməsi planlaşdırılıb. Artıq ümumi tutumu 1,48 milyon TEU olan konteyner gəmiləri istismara verilib. Bununla belə, bazarda tələb hələ də təklifi üstələyir.

"Bəzi hesablamalara görə, Qırmızı dənizdəki böhran tədarükün 15-20% azalmasına səbəb olacaq. Konteyner gəmilərinin çatışmazlığı Asiya-Avropa ticarətində daşıyıcıların gəlirlərinə təsir etdi. Biz geosiyasətə və inflyasiyaya diqqəti davam etdirməliyik. Üçüncü rübün pik mövsümü ərəfəsində iyul ayı üçün sifarişlər iyundakı qədər yüksəkdir. Bununla belə, geosiyasi vəziyyəti proqnozlaşdırmaq mümkün deyil. Bazarın nə qədər gəlirli qalacağı isə hər ay təhlil edilməlidir”, -  deyib Peter Sun.

Onun sözlərinə görə, yükdaşıma tariflərindəki cari artım qısamüddətli ola bilər, çünki “qeyri-müəyyənliklər həddən artıq çoxdur və Qırmızı dəniz regionunda böhranın nə vaxt bitəcəyini heç kim proqnozlaşdıra bilməz.

“Linerlytica” hesab edir ki, hətta İsrail və Fələstin arasında hərbi münaqişə bitdikdən sonra da bazar qısa müddətdə normallaşmayacaq: “Korreksiya yalnız gəmilər Süveyşə qayıdanda və yükgötürmə qabiliyyətinin olmaması problemi həll olunanda baş verəcək. Bu, bir neçə ay ərzində baş verə bilər”.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır