Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

Çin Dövlət Gəmiqayırma Korporasiyası istehsal gücünü artırır

Çin Dövlət Gəmiqayırma Korporasiyası (“CSSC”) istehsal gücünü artırır.

“Splash”-in verdiyi məlumata görə, “CSSC” iki quru dokdan ibarət “Tianjin Xingang Shipbuilding Heavy Industry”-nin Şanxay aktivlərini, həmçinin “Wuhan Wuchang Shipyard Hangrong Heavy Industry Equipment”-i əldə edib. Əməliyyatların dəyəri 690 milyon dollar qiymətləndirilir.

Beləliklə, dövlət korporasiyasının 2028-ci ilə qədər işlə təmin  edilmiş “CSSC” Tianjin bölməsinin istehsal gücü artacaq və əlavə olaraq ildə 2,4 milyon ton dedveytli gəmilər inşa edə biləcək.

Çində yeni gəmilər üçün artan sifarişlərin həcmi və sərbəst istehsal sahəsinin kəskin çatışmazlığı fonunda gəmiqayırma zavodları genişlənir və "dondurulmuş" müəssisələr işlərini bərpa edirlər.

“Veso”nun məlumatına görə, Çin gəmiqayırma zavodları balkerlər, tankerlər, konteyner gəmiləri və qaz daşıyıcıları seqmentində lider mövqelərini saxlamaqda davam edir. İlin birinci yarısında onlar üçün 441 sifariş verilib ki, bu da dünya üzrə bütün yeni gəmiqayırma sifarişlərinin təxminən 66%-ni təşkil edir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır