Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

Aİ Çin istehsalı olan elektrik avtomobillərinə rüsumları artırıb

İyulun əvvəlində Avropa Komissiyası Çindən elektromobillərin idxalına müvəqqəti kompensasiya rüsumları tətbiq edib. Qərar Çində istehsala verilən subsidiyalara görə qəbul edilib. Çin istehsalı olan avtomobillərin idxalı üçün (standart 10% rüsumun əvəzinə) rüsumlar istehsalçıdan asılı olaraq 17%-dən 38%-ə qədər dəyişir. “BYD” üçün rüsum - 17,4%, “Geely” üçün - 19,9%, “SAIC” üçün - 37,6% olacaq.

Bununla belə, “Clarksons” analitiklərinin fikrincə, rüsumların artırılması tədarük həcminə ciddi təsir göstərməyəcək. “The Loadstar” agentliyi də iddia edir ki, Çin istehsalı olan elektrik avtomobilləri artan rüsumlara baxmayaraq, Avropa brendləri ilə müqayisədə qiymət baxımından rəqabətə davamlıdır.

Çin avtomobillərinin dənizlə ixracı pandemiyadan əvvəl 1 milyona belə çatmadığı halda 2023-cü ildə 4,4 milyon ədəd təşkil edib.

Pandemiyadan əvvəl Avropa Birliyindən Çinə avtomobil ixracı Çindən Avropaya avtomobil ixracını üstələyirdisə, indi vəziyyət dəyişib. Keçən il Çin Avropa Birliyinə öz istehsalı olan təxminən 800 min avtomobil ixrac edib və Aİ-dən 400 min avtomobil idxal edib.

ABŞ öz növbəsində Çin elektrik avtomobillərinin satış qiymətini iki dəfə artıraraq rüsumunu 25%-dən 100%-ə qaldırıb. Lakin bu artım bazara çox az təsir etdi, çünki Çindən ABŞ-a idxal olunan elektrik avtomobillərinin payı 1%-dən azdır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır