Şanxay limanında 395,5 milyon ton yük aşırılıb
2024-cü ilin yanvar-avqust aylarında Çinin Şanxay limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 395,57 milyon ton təşkil edib.
Liman administrasiyasının məlumatına görə, hesabat dövründə konteyner dövriyyəsi 8,4% artaraq 34,85 milyon TEU olub.
Bu ilin avqustunda limanın yük dövriyyəsi 49,7 milyon ton (2023-cü ilin avqust ayı ilə müqayisədə 3,6% çox), konteyner dövriyyəsi 4,5 milyon TEU (2023-cü ilin avqust ayı ilə müqayisədə 7% çox) təşkil edib.
Qeyd edək ki, Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanda 563,5 milyon ton müxtəlif yüklər və 49,1 milyon TEU konteyner aşırılıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır