Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Aktau limanında konteyner terminalının tikintisinə başlanılıb

Qazaxıstanın Aktau limanında Çinin Lianyungang Port şirkəti ilə birlikdə konteyner qovşağının tikintisinə başlanılıb. Layihə gələcəkdə ixracın həcmini və yüklərin tranzitini artırmağa imkan verəcək.

“korabel.ru” bildirir ki, bu barədəQazaxıstan Dəmir Yolları” SC İdarə Heyətinin sədri Nurlan Sauranbayev hökumətin iclasında danışıb.

“Böyümə və xidmətin yaxşılaşdırılması perspektivi üçün biz çinli həmkarlarımızla birlikdə Aktau limanında konteyner qovşağının tikintisinə başladıq, Kurık limanında dibdərinləşdirmə işləri vaxtından əvvəl başa çatdı”, - deyə  Nurlan Sauranbayev qeyd edib.

Hökumətin həmin iclasında Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev Qazaxıstanda nəqliyyat tranzit dəhlizlərinin inkişafı üzrə aparılan işlər barədə məlumat verib. O qeyd edib ki, hazırda “TBNM” və “Şimal-Cənub “tranzit dəhlizlərinin imkanlarının artırılması istiqamətində işlər aparılır.

“Dünyada ənənəvi logistika marşrutlarının dəyişməsi ilə əlaqədar olaraq, “Şimal-Cənub” dəhlizinin əhəmiyyəti hər gün artır. Onun illik ötürmə qabiliyyəti 10 milyon tondur. Cari ildə 1,8 milyon ton təşkil edib. Dəhlizin potensialını nəzərə alaraq, onun ötürmə qabiliyyətini 20 milyon tona çatdırmaq planlaşdırılır”, - deyə Marat Karabayev bildirib.

Nazirin sözlərinə görə, bunun üçün 2024-cü ilin iyulunda İran, Türkmənistan və Rusiya ilə dəhlizin sinxron inkişafı üzrə “Yol xəritəsi” imzalanıb. Şərq “Şimal-Cənub” marşrutu üzrə vahid logistik operatorun yaradılması istiqamətində işlər aparılır. Qazaxıstan hökumətinin rəsmi “Telegram” kanalı xəbər verir ki, artıq Qazaxıstan və Rusiya tərəfləri birgə müəssisənin yaradılması üçün hazırlıq prosedurlarını başa çatdırıblar.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır