Latın Amerikasında ilk tam elektrikləşdirilmiş konteyner terminalı inşa ediləcək
Beynəlxalq terminal operatoru “APM Terminals” (“A.P. Moller-Maersk” qrupa daxildir) Latın Amerikasında ilk tam elektrikləşdirilmiş və avtomatlaşdırılmış konteyner terminalı olacaq “APM Terminals Suape”-nin təməlqoyma mərasimi keçirilib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, terminal Braziliyanın Suape limanında yerləşəcək.
Braziliyada terminalın tikintisi “APM Terminals”-ın hazırda həyata keçirdiyi üç beynəlxalq investisiya layihəsindən biridir. Birinci mərhələdə 1,6 milyard real (276,1 milyon dollar) sərmayə qoyuluşu planlaşdırılır. 2026-cı ildə istifadəyə veriləcək yeni terminal 300-ə yaxın iş yeri yaradacaq.
Tikintiyə hazırlıqla bağlı ilkin işlərin bir hissəsi başa çatdırılıb. O cümlədən, lazımsız obyektlər sökülərək tikinti sahəsi təmizlənib. Bundan əlavə, Braziliyanın liman sektorunu modernləşdirəcək müasir avadanlıqlar alınıb. Növbəti mərhələdə körpülər, platformalar və binalar kompleksi tikəcək podratçının seçilməsi olacaq.
“Seanews.az”