Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Gürcüstan “vahid dəniz pəncərəsi”ni tətbiq edir

“HPC Hamburg Port Consulting” şirkəti Gürcüstanda “vahid dəniz pəncərəsi” layihəsinin həyata keçirildiyini bildirir.

“seanews.ru”-nin məlumatına görə, sistem sınaqdan uğurla keçib. Layihə proqram təminatı istehsalçısı “Prodevelop” və yerli “Plisk Consulting” ilə əməkdaşlıqda gerçəkləşdirilib.

İstifadəçiləri 400 nəfərdən çox olan rəqəmsal platforma kağız sənəd dövriyyəsindən uzaqlaşmağa, şəffaflığı və idarələrarası əməkdaşlığı təmin etməyə imkan verəcək.

Gürcüstanın “vahid dəniz pəncərəsi” Beynəlxalq Dəniz Təşkilatının tələblərinə tam uyğun olaraq hazırlanıb və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin standartlarına uyğundur.

"Vahid pəncərə tətbiq etməklə, Gürcüstan prosesləri tam rəqəmsallaşdıran dəniz administrasiyalarının yalnız 2%-ni özündə birləşdirən elit kluba qoşulur", - “Hamburg Port Consulting” vurğulayır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır