Metanolla işləyən yeni konteyner gəmisi şirkətin qurucusunun şərəfinə “A.P. Moller” adlandırılıb
Danimarkanın “A.P. Moller-Maersk” şirkəti Sinqapur limanında metanolla işləyə bilən növbəti konteyner gəmisinə advermə mərasimi keçirib.
“Portews.ru”-nun şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir yeni gəminin ilk səfəri çərçivəsində baş tutub.
Konteyner gəmisi Cənubi Koreyanın Ulsan şəhərində “Hyundai Heavy Industries” (“HHI”) tərsanəsində inşa edilib. Tutumu 16 592 TEU olan gəmi şirkətin qurucusu Arnold Peter Mollerin şərəfinə “A.P. Moller” adlandırılıb.
Ümumilikdə, “Maersk” əsas və köməkçi mühərrikləri metanoldan istifadə edə biləcək 18 böyük tutumlu iki yanacaqlı gəmilər seriyası sifariş edib. Konteyner gəmiləri 2024-2025-ci illərdə sifarişçiyə təhvil verilməlidir. Bu il artıq yeddi gəmi şirkətin donanmasına daxil edilib.
“Seanews.az