“Rise Shine” yük gəmisi qarət olunub
Oğrular Naxodka sahillərində saya oturan Çinin “Rise Shine” yük gəmisini qarət ediblər.
"Вести: Приморье" nəşri “Rise Shine” konteyner gəmisinin indi xaricdən və içəridən necə göründüyünü göstərən video kadrlar yayıb.
Qeyd edək ki, konteyner gəmisi ötən ilin noyabrında Naxodka sahillərində quruya oturub. Gəmidə hamısı Çin vətəndaşı olmaqla 14 heyət üzvü olub. Bu ilin aprelində gəmi boşaldılıb. “Rise Shine”-ın özünün taleyi isə hələ də həll olunmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır