Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

BizimYubilyar: Bütün varlığı ilə dənizə bağlı olan dənizçi Arif Həsənov 80 illik yubileyini qeyd edir

23 sentyabr uzun illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləmiş Arif Həsənov 80 illik yubileyini qeyd edir. 

Arif Həsənovun keçdiyi həyat yoluna nəzər salanda onun bütün varlığı ilə dənizə bağlı olduğunu görürük.

1944-cü ildə Bakının Zirə qəsəbəsində dünyaya göz açan Arif Həsənov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Bakı Dəniz Yolları Məktəbinə qəbul olub.

1967-ci ildə məktəbi bitirərək Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb. 1974-1980-ci illərdə istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri məktəbində təhsil alıb. 1985-1986-cı illərdə isə Bakı Ali Partiya məktəbində oxuyub.

1975-ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində 4-cü, 3-cü və 2-ci mexanik vəzifələrində çalışıb. Qısa müddətdə baş mexanik vəzifəsinə qədər yüksəlməyi bacarıb. O, 1975-1982-ci illərdə baş mexanik kimi bir çox gəmidə işləyib. Birinci dərəcəli mexanikdir.

1982-1986-cı illərdə Gəmi təsərrüfatı xidmətində şöbə rəisi olub. 1986-1987-ci  illərdə isə Xəzər Dəniz Gəmiçiliyində Donanmanın Mexaniki İstismar Xidmətinin rəisi vəzifəsini yerinə yetirib.

1987-1996 illər ərzində Xəzər Dəzər Dəniz Gəmiçiliyinin baş mühəndisi vəzifəsinə təyin edilib. Bununla da, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə ilk azərbaycanlı  baş mühəndis kimi daxil olub.

Arif Həsənov həm də  20 Yanvar hadisələrində qəhrəmanlıq göstərən dənizçilərimizdən olub. O, hadisələr zamanı keçmiş SSRİ qoşunlarının şəhidlərin meyidlərinin Bakıdan çıxartmaq niyyətinin qarşısını almaq məqsədilə Bakı buxtasındakı bərənin baş mühərrikini sökdürərək onu texniki baxışa saxlayıb. Eyni zamanda, Türkmənistanın Krasnovodsk limanındakı bərənin dizelini sökdürərək bərə ilə Bakıya desant yeridilməsi planının qarşısını alıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır