Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

" Dənizçilərin Sağlamlığının Qiymətləndirilməsi Zamanı Beynəlxalq Meyarlar" kitabı nəşr edilib

ASCO-nun sədri Rauf Vəliyevin tapşırığı ilə dənizçilərimizin diaqnostik, ambulator-poliklinik, müalicə-profilaktik xidmətinin təkmilləşdirilməsi ilə bağlı layihələrhəyata keçirilir.Dənizçilərin peşə fəaliyyətindən irəli gələn xəstəliklərin və onların fəsadlarının aradan qaldırılmasına xüsusi diqqət yetirilir. ASCO işçilərinin tibbi müayinəsinin  beynəlxalq tələb və göstəricilərinə uyğunluğunu  təmin etmək  üçün müvafiq ədəbiyyatlar hazırlamaqla maarifləndirmə işi həyata keçirilir. “Azər­bay­can Res­pub­li­ka­sın­da ic­ba­ri tib­bi sı­ğor­ta­nın tət­bi­qi­nin tə­min edil­mə­si ilə bağ­lı bir sı­ra təd­bir­lər haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin 20.12.2018-ci il tarixli Fər­ma­nı, tam əmin­lik­lə de­yə bi­lə­rik ki, sə­hiy­yə sa­hə­sin­də böyük bir dönüş ya­rat­dı. Bu fər­ma­na görə, İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yi “Tib­bi Əra­zi Bölmə­lə­ri­ni İda­rə­et­mə Bir­li­yi” pub­lik hüqu­qi şəx­si (TƏ­BİB) ya­ra­dı­lır. Bu ba­xım­dan hə­qi­qə­tən də ən va­cib sı­ğor­ta in­san hə­ya­tı­nın sı­ğor­ta­lan­ma­sı­dır. Məhz bu­na görə dövlət tə­rə­fin­dən ic­ba­ri tib­bi sı­ğor­ta­nın tət­bi­qi üçün prak­ti­ki struk­tur for­ma­laş­dı­rı­lıb. İc­ba­ri tib­bi sı­ğor­ta haq­qın­da Mil­li Məc­lis tə­rə­fin­dən 1999-cu il­də qa­nun qə­bul edil­dik­dən son­ra müstə­qil şə­kil­də tib­bi sı­ğor­ta pro­ses­lə­ri­ni hə­ya­ta ke­çi­rən qu­rum­lar for­ma­laş­ma­ğa baş­la­dı. 16 fev­ral 2016-cı il­də Na­zir­lər Ka­bi­ne­ti ya­nın­da İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yi, 20.12.2018-ci il də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin fər­ma­nı ilə İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yi nəz­din­də Tib­bi Əra­zi Bölmə­lə­ri­nin İda­rə­et­mə Bir­li­yi pub­lik hüqu­qi şəx­si ya­ra­dıl­dı. İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yi­nin hə­ya­ta ke­çi­rə­cə­yi sı­ğor­ta­nın me­xa­niz­mi be­lə­dir: muzd­la ça­lı­şan­lar, iş­çi­lər əmək haq­qı­nın 2%-ni, işəgötü­rən­lər də ver­dik­lə­ri maa­şın 2%-ni sı­ğor­ta Agent­li­yi­nə köçürə­cək­lər. Əha­li­nin müəy­­yən ka­te­qo­ri­ya­sı­nın – 18 ya­şı­na­dək uşaq­la­rın, pen­si­ya ya­şın­da olan və­tən­daş­la­rın, əlil­lə­rin, az­tə­mi­nat­lı ailə­lə­rin, tə­lə­bə­lə­rin və ha­mi­lə qa­dın­la­rın sı­ğor­ta haq­la­rı­nı dövlət öz üzə­ri­nə götürür. Tib­bi sı­ğor­ta ba­za­rı­nın güclən­mə­si üçün bu fər­man xüsu­si əhə­miy­yət da­şı­yır. İkin­ci isə tibb müəs­si­sə­lə­ri ara­sı rə­qa­bət çox ol­du­ğun­dan, bə­zən ma­raq­lar toq­qu­şur­du, çünki ic­ba­ri özəl tib­bi sı­ğor­ta şir­kət­lə­ri ilə müqa­vi­lə bağ­la­yan ida­rə və müəs­si­sə­lər sı­ğor­ta şir­kət­lə­ri tə­rə­fin­dən on­la­ra təq­dim olun­muş tibb müəs­si­sə­lə­ri çər­çi­və­sin­də se­çim edə bi­lir­di. Bu­ da be­lə bir ten­de­si­ya ya­ra­da bi­lir­di ki, sı­ğor­ta şir­kət­lə­ri­nin si­ya­hı­sın­da təm­sil olun­muş tibb müəs­si­sə­lə­rin­dən qat-qat üstün tib­bi per­so­na­la və mad­di-tex­ni­ki ba­za­ya ma­lik bə­zi dövlət tibb müəssis­ə­lə­ri, özəl tib­bi sı­ğor­ta şir­kət­lə­ri­nin sı­ğor­ta­çı­ya tib­bi xid­mət edə­cək müəs­si­sə­ləri si­ya­hı­sı­na alın­mır­dı. Ona görə də və­ziy­yət­dən çı­xış yo­lu ki­mi İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yinin nəz­din­də “Tib­bi Əra­zi Bölmə­lə­ri­ni İda­rə­et­mə Bir­li­yi” pub­lik hüqu­qi şəx­si ya­ra­dıl­dı. TƏ­BİB-ə da­xil ola­caq pub­lik hüqu­qi şəxs sta­tu­su qa­za­nan tibb müəs­si­sə­lə­ri özlə­ri müstə­qil ola­raq müəs­si­sə­nin mar­ke­tin­qi­ni hə­ya­ta ke­çir­mək im­ka­nı­na ma­lik olur. Mövcud qa­nun­lar çər­çi­və­sin­də tibb müəs­si­sə­lə­ri xid­mət pa­ket­lə­ri­ni müəs­si­sə və təş­ki­lat­la­ra təq­dim edir. Müəs­si­sə və təş­ki­lat­lar da öz əmək­daş­la­rı­na tib­bi xid­mə­tin göstə­ril­mə­si müqa­vi­lə­si­ni ya bir­ba­şa (TƏ­BİB-ə he­sa­bat ver­mək­lə), ya da tib­bi sı­ğor­ta təş­ki­lat­la­rı va­si­tə­si­lə hə­ya­ta ke­çir­mək im­ka­nı­ əl­də edir. Müəs­si­sə və təş­ki­lat­lar tibb müəs­si­sə­lə­ri ilə bir­ba­şa müqa­vi­lə bağ­la­dıq­da on­la­rın iş­çi­lə­ri­nə göstə­ri­lən tib­bi xid­mə­tin müqa­bi­lin­də tibb müəs­si­sə­lə­ri qar­şı­sın­da müəy­yən öhdə­lik­lər qo­ya bi­lər. Bu öhdə­lik­lər­dən bi­ri də odur ki, tib­bi xid­mət­lə­rə görə ödə­ni­lə­cək məb­lə­ğin müəy­yən bir his­sə­si İc­ba­ri Tib­bi Sı­ğor­ta üzrə Dövlət Agent­li­yi­nə ödən­sin. Be­lə­lik­lə də tibb müəs­si­sə­lə­ri göstər­di­yi tib­bi xid­mət­lə­rə görə əl­də et­di­yi gə­li­rin müəy­yən bir his­sə­si­ni sı­ğor­ta şir­kə­ti­nə ödə­yir. Bu rə­qəm göstə­ri­lən xid­mə­tin müqa­bi­lin­də əl­də olun­muş gə­li­rin miq­da­rın­dan ası­lı ola­raq də­yi­şə bi­lər. Am­ma fa­iz he­sa­bı ilə bu rə­qəm he­sab­lan­ma­lı, tə­rəf­lə­rin hər iki­si­ni tə­min et­mə­li­dir. Ya­xud da 3 tə­rəf­li müqa­vi­lə şək­lin­də (tibb müəs­si­sə­si, tib­bi xid­mət haq­qı­nı ödə­yən təş­ki­lat və sı­ğor­ta şir­kə­ti) ra­zı­laş­ma for­ma­sın­da hə­ya­ta ke­çi­ri­lə­cək. Bu is­tə­ni­lən hal­da ya­ra­na bi­lə­cək hər han­sı yer­siz söz-söhbət­lə­rin qar­şı­sı­nı ala­caq­dır. Müstə­qil ola­raq tibb müəs­si­sə­lə­ri öz mar­ke­tinq­lə­ri­ni hə­ya­ta ke­çir­mək im­ka­nı əl­də et­di­yi­nə görə, on­lar da­ha çox tib­bi xid­mət pa­ke­ti əl­də et­mək na­mi­nə öz mad­di-tex­ni­ki ba­za­la­rı­nı ge­niş­lən­dir­mək və da­ha yüksək sə­viy­yə­li mütə­xəs­sis­lə­ri cəlb et­mək ba­xı­mın­dan və həm­çi­nin tib­bi xid­mə­tin sə­viy­yə­si­ni ar­tır­maq üçün tə­ləb olu­nan ad­dım­lar at­ma­ğa məc­bur ola­caq­lar. Tibb müəs­si­sə­lə­ri­nə bu ba­xım­dan “in­ter­vent in­ves­ti­si­ya” cəlb et­mək hüqu­qu­ da ve­ri­lir. Bu məq­səd­lə tibb müəs­si­sə­si­nin əm­la­kı səhm­lə­rə də çev­ri­lə bi­lər və bu səhm­lə­rin sa­tı­şı nə­ti­cə­sin­də “in­ter­vent in­ves­ti­si­ya” əl­də et­mək olar. Bu cür sis­te­min tət­bi­qi tib­bi per­so­na­lın əmək­haq­la­rı­nın yüksəl­mə­si­nə də sə­bəb ola­caq­dır. Bu kom­po­nent­lə­ri və hüquq­la­rı özündə bir­ləş­di­rən tibb müəs­si­sə­lə­ri sağ­lam rə­qa­bət apa­ra­raq da­ha da in­ki­şaf et­mək üçün ça­lı­şa­caq­dır. İkin­ci bir tə­rəf­dən de­po­zit tib­bi sı­ğor­ta­nı əl­də et­mək ba­xı­mın­dan da rə­qa­bə­tə cəlb olu­na­caq­dır. De­po­zit tib­bi sı­ğor­ta­nın üstün cə­hət­lə­rin­dən bi­ri də odur ki, tib­bi xərc­lər müra­ci­ət edə­nin öz he­sa­bı­na ödə­ni­lir. Müstə­qil ma­liy­yə fəa­liy­yə­ti göstə­rən tibb müəs­si­sə­si de­po­zit tib­bi sı­ğor­ta­nın for­ma­laş­ma­sın­da iş­ti­rak edə bi­lə­cək. İs­tə­ni­lən hal­da tib­b müəs­si­sə­si­nin yüksək tib­bi xid­mət göstə­ri­ci­lə­ri fər­di qay­da­da müra­ci­ət­lə­ri ar­tı­ra­caq. Be­lə hal­da tibb müəs­si­sə­si ilə fi­zi­ki şəxs ara­sın­da de­po­zit tib­bi xid­mət haq­qın­da müqa­vi­lə bağ­la­na bi­lər və bu müqa­vi­lə nə­ti­cə­sin­də for­ma­laş­mış gə­li­rin müəy­yən bir his­sə­si İTS­DA-nın he­sa­bı­na ke­çi­ri­lə­rək müəy­yən fa­iz nis­bə­tin­də he­sab­la­nır. Tibb müəs­si­sə­lə­ri­nin in­ki­şa­fı­nı tə­min et­mək üçün öz səhm­lə­ri­ni is­tiq­raz və­rə­qə­lə­ri­nə çe­vi­rə­rək əla­və ma­liy­yə mən­bə­lə­ri­ni for­ma­laş­dı­ra bi­lər. Yə­ni bu is­tiq­raz­la­rı əl­də edən hüqu­qi və ya fi­zi­ki şəxs­lər müəy­yən dövr ər­zin­də və ya hə­mi­şə­lik güzəşt­li tib­bi xid­mət əl­də edə­cək­lər. İTS­DA yüksək tib­bi xid­mə­tin tə­min olun­ma­sı ba­xı­mın­dan səhm­lə­ri­ni is­tiq­ra­za çe­vir­miş tibb müəs­si­sə­lə­ri baş­qa bir for­ma­da və ya güzəşt­li ödə­mə­lər stra­te­gi­ya­sı­nı hə­ya­ta ke­çi­rə bi­lər. Ey­ni za­man­da bu gün tez-tez rast gə­li­nən və prak­ti­ka­da özəl tib­bi sı­ğor­ta şir­kət­lə­ri ilə ya­ra­nan zid­diy­yət­lər də ara­dan qal­dı­rı­lır. Konk­ret ola­raq han­sı pa­to­lo­gi­ya­la­rın və ya xəs­tə­lik­lə­rin tib­bi sı­ğor­ta­ya da­xil edil­di­yi göstə­ril­mir­di və ümu­mi ter­min­lər­dən is­ti­fa­də olu­nur­du.

Mə­sə­lən, üz-çə­nə cər­ra­hiy­yə­si­nin tib­bi sı­ğor­ta­ya da­xil ol­ma­sı ba­rə­də bağ­lan­mış müqa­vi­lə­nin sta­sio­nar yar­dım bölmə­sin­də göstə­ril­sə də, sı­ğor­ta risk­lə­ri bölmə­si­nin is­tis­na­lar his­sə­sin­də re­konst­ruk­tiv cər­ra­hiy­yə adı ilə be­lə əmə­liy­yat­la­rın apa­rıl­ma­sın­dan im­ti­na edi­lir. Hal­bu­ki, re­konst­ruk­tiv cər­ra­hiy­yə de­dik­də, çə­nə sı­nıq­la­rı­nın bər­pa­sı - çə­nə­nin il­ti­ha­bın­dan for­ma­laş­mış os­teo­mie­lit­lər­dən əmə­lə gəl­miş çə­nə re­zorb­si­ya­la­rı, os­te­ob­las­tok­las­to­ma və s. ba­şa düşülmə­li­dir. Əs­lin­də isə bu özü elə  üz-çə­nə cər­ra­hiy­yə­si­nin tər­kib his­sə­si­dir. Ey­ni hal di­gər pa­to­lo­gi­ya­lar üzrə də tək­rar­la­nır. Ney­ro­cər­ra­hiy­yə və trav­ma­to­lo­gi­ya müqa­vi­lə­nin sta­sio­nar yar­dım bölmə­si­nə da­xil edil­sə də, han­sı növ pa­to­lo­gi­ya­la­rın ora aid ol­du­ğu göstə­ril­mir­di.

AS­CO-da hə­ya­ta ke­çir­ilən so­si­al proq­ram­lar da­xi­lin­də “Də­niz­çi­lə­rin bey­nəl­xalq stan­dart­la­ra uy­ğun tib­bi müa­yi­nə­si haq­qın­da mə­lu­mat ki­tab­ça­sı”nı  Hüquq De­par­ta­men­ti, KSƏ­TƏMM, So­si­al in­ki­şaf və nəq­liy­yat şöbə­si ilə bir­gə iş­ləyb ha­zır­la­ya­raq nəşr et­dir­dik. Bu ki­tab­ça də­niz­çi­lə­rin müa­yi­nə­si za­ma­nı üzə çı­xan xəs­tə­lik­lər­lə bağ­lı  han­sı qə­ra­rın ve­ril­mə­si, tib­bi di­aq­noz­lar­dan ası­lı ola­raq də­niz­çi­lə­rin han­sı hal­da  üzücü hey­ə­tə bu­ra­xı­lıb-bu­ra­xıl­ma­ma­sı və ümumi­lik­də tib­bi sağ­lam­lıq ser­ti­fi­ka­si­ya­sı­nın ve­ril­mə­si­nin Bey­nəl­xalq Kon­ven­si­ya­lar­ın şərt­lə­ri ba­xı­mın­dan ol­duq­ca əhə­miy­yət­li idi. Ki­tab­ça­ həm hə­kim­lə­ri­mi­zin, həm də də­niz­çi­lə­ri­mi­zin  maa­rif­lən­mə­si üçün va­cib bir mən­bə ol­du.

AS­CO-nun Könüllü Tib­bi Sı­ğor­ta Proq­ra­mı­na qo­şul­ma­sı “Də­niz­çi­lə­rin Sağ­lam­lı­ğı­nın Qiy­mət­lən­di­ril­mə­si Za­ma­nı Bey­nəl­xalq Me­yar­lar” ad­lı ye­ni ki­ta­bı­mı­zın ya­ran­ma­sı­na sə­bəb ol­du. Be­lə ki, 2018-ci ilin fev­ral ayı­nın 1-dən AS­CO-nun əmək­daş­la­rı Könüllü Tib­bi Sı­ğor­ta Proq­ra­mın­dan  ya­rar­lan­ma­ğa baş­la­mış­lar. Bu ba­xım­dan Könüllü Tib­bi Sı­ğor­ta Proq­ra­mın­da təm­sil olun­muş tibb müəssi­sə­lə­ri­nin, xüsu­sən su ak­vato­ri­ya­la­rı­nın tə­si­rin­dən də­niz­çi­lər­də əmə­lə gə­lən spe­si­fik xəs­tə­lik­lər üzrə onların tə­fər­rü­at­lı tib­bi tə­li­mat­la­ra tə­min edil­mə­lə­ri çox va­cib­dir. Be­lə ki, Də­niz Təhlü­kə­siz­li­yi Ko­mi­tə­si tə­rə­fin­dən təs­diq olun­muş  bey­nəl­xalq qay­da­la­ra uy­ğun müa­sir el­mi-prak­ti­ki nə­ti­cə­ləri, İM­CA-nın (Bey­nəl­xalq Də­niz Pod­rat­çı­lar As­so­sia­si­ya­sı) tə­ləb­lə­rini və DMAC-ın (Dal­ğıc Tibb Məs­lə­hət Ko­mi­tə­si­nin) tövsi­yə­lə­rini, müa­li­cə­vi re­komp­res­si­ya re­jim­lə­ri­ni  nə­zə­rə ala­raq hə­ya­ta ke­çi­ril­mə­si­ni da­ha düzgün sa­yır. Bu ba­xım­dan də­niz­çi­lə­rin müa­yi­nə­si  za­ma­nı bu mə­sə­lə­yə xüsusi diq­qət ye­ti­ril­mə­li­dir. Nə­zə­rə al­maq la­zım­dır ki, də­niz­çi­lər­də üzə çı­xan pa­to­lo­gi­ya­lar adi şə­ra­it­də in­san or­qa­niz­mi­nə tə­sir edən fak­tor­lar­dan fərq­li­dir. İMO (Bey­nəl­xalq Də­niz Təş­ki­la­tı) ilə WHO (Ümumdün­ya Sə­hiy­yə Təş­ki­la­tı­) bir­gə də­niz­çi­lər­də üzə çı­xan pa­to­lo­gi­ya­lar­­la bağ­lı və on­la­rın əmək qa­bil­iy­yət­lə­ri­nin ya­ra­lrı­lıq qiy­mət­lən­dir­mə­si cəd­və­li­ni iş­lə­miş­lər. Təq­dim et­di­yi­miz “Də­niz­çi­lə­rin Sağ­lam­lı­ğı­nın Qiy­mət­lən­di­ril­mə­si Za­ma­nı Bey­nəl­xalq Me­yar­lar” ki­ta­bın­da məhz yu­xa­rı­da qeyd et­di­yim konk­ret tövsiy­ə­lər cəd­və­lin­dən is­ti­fa­də edil­miş­dir və Könüllü Tib­bi Sı­ğor­ta Proq­ra­mın­da təm­sil olun­muş tibb müəssi­sə­lərinin bu tövsiyə­lər­lə ta­nış ol­ma­ları və bu­na diq­qət ver­mə­lə­ri ol­duq­ca va­cib­dir.

Kitabla asco.az saytının media bölməsində buradan  tanış olmaq mümkündür.

Adıgözəl Məmmədov, Layihənin icraçısı

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır