Merkuri-1” gəmi-bərəsi dəniz sınağından uğurla çı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunub. Əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və elektrik mühərriklər təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Bərənin gövdəsi, göyərtəsi rənglənib. Zəruri yerlərdə dəmir təbəqələr dəyişdirilib. Kayutlar yeni mebellərlə təchiz olunub. Elektirik naqilləri dəyişdirilib. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq. Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.