nyanın ən lüks gəmisi ilk səfərinə hazırla�
Dünyanın ən lüks gəmisi hesab edilən “Celebrity Cruises” şirkətinə məxsus yeni 1 milyard dollarlıq “Celebrity Edge” gəmisi ilk səfərinə hazırlaşır. “Seanews.az” xəbər verir ki, hazırda Floridada lövbərdə gözləyən gəmi 9 dekabrda Karib turuna çıxacaq. 2019-cu ilin yazında isə Aralıq dənizi sərnişinləri üçün Atlantikə doğru yol alacaq. “Celebrity Edge” gəmisi səyahətçilərə rahatlığın rahatlığını yaşadacaq. Onun möhtəşəmliyi gəmiyə girişdən hiss olunur. Belə ki, girişdə sərnişinləri 700-dən çox LED lampa qarşılayır. Gəminin ən önəmli özəlliyi isə onun “magic carpet” (sehirli xalat) platformaya malik olmasıdır. 90 ton ağırlığındakı bu platforma üzən vasitənin çölündə aşağı-yuxarı hərəkət edir. Gəmiylə səfər qiymətləri də açıqlanıb. 7 gecə Karib turu 869-7899 dolar arasında dəyişir. Eni 39 metr olan gəmi 3 min sərnişin tutumuna malikdir. “Celebrity Edge”-nin otaqlarını məşhur memar Kelly Hoppen dizayn edib. Tərtibat zamanı əsasən təbii ağac, klassik ağ mərmər və narıncı tonlardan istifadə olunub. Gəmidə 5 min kvadratmetrlik iki lüks, altı “edge” villası, 1578 kvadratmetrlik “penthouse” tipli bir otaq və 29 restoran var.