Beyond” təqdim ol
Holandiyaya məxsus “Diana Yacht Design” tərəfindən dizayn olunmuş “Beyond” təqdim olunub. “Seanews.az” xəbər verir ki, “Beyond” macərapərəst yaxta sahiblərinə bir çox üstünlüklər vəd edir. Yüksək zövqlə hazırlanmış yaxtanın uzunluğu 60 metr, göyərtəsinin genişliyi 12 metrdir. Burada ən lüks yaxtalarda rastlaşdığımız imkanlar mövcuddur. Bunlara sinema salonu, spa mərkəzi, gözləmə otağı və s daxildir. Bundan başqa, yaxtada həvəskar astronomların diqqətini çəkəcək teleskop yerləşir. Dalğıc poliqonu və sualtı qayıqlar isə qonaqlara sualtı dünyanı kəşfetməyə imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır