8-ci ildə dənizdən 56 batmış gəmi çıxarı
Türkiyədə keçən il dənizlərdən 56 batmış gəmi çıxarılıb. Bu barədə ölkənin Nəqliyyat və infrastruktur nazirinin müavini Səlim Dursun məlumat verib. O bildirib ki, bu il üçün daha 53 gəminin dənizlərdən çıxarılması nəzərdə tutulur. “Bu gəmilər arasında sahibi məlum olanlar da, sahibsizlər də var. Məqsədimiz ətraf mühitin, dənizlərin çirklənməsinin qarşısını almaqdır”-deyə, Səlim Dursun qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır