anda iki gəmi toqqu
Rostov-na Donu limanında Panama bayrağı altında üzən “VB-220” gəmisi Toqonun bayrağı altında üzən “Alnilam” gəmisi ilə toqquşub. “Rosmorreşflot”dan verilən məlumata görə, hadisə gəmilər lövbərdən çıxan zaman baş verib. Toqquşma nəticəsində hər iki gəminin gövdəsinə ciddi ziyan dəyib. Hazırda yerli orqanlar tərəfindən araşdırma aparılır. Heyət üzvlərindən xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır