nyanın ən nəhəng rolker-konteynerdaşıy
Gəmiçilik sahəsində tez-tez yeni innovasiyalar tətbiq edilir. Buna səbəb isə minimum vaxt və resursla maksimum dərəcədə gəlir əldə etməkdir. Beləcə dünyada bir neçə funksiyanı özündə birləşdirən gəmilər yaranır. Seanews.az xəbər verir ki, Amerikanın “Atlantic Container Line” şirkəti “Con Ro” tipli yeni gəmini istismara verib. Bu gəmilər eyni vaxtda həm konteyner, həm də avtomobil daşımaq imkanına malikdir. G4 kateqoriyalı bu gəminin dünyada analoqu yoxdur. İnnovativ yanaşma sayəsində gəmidə maksimum tutuma nail olmaq mükün olub. Belə ki, gəmi göyərtəsinə 3800 konteyner və 1307 avtomobil götürə bilir. Gəminin texniki göstəriciləri aşağıdakı kimidir: Uzunluğu – 296 m Eni – 37.6 m Sürəti – 18 uzel Heyətin sayı- 29 nəfər Göyərtənin ümumi sahəsi – 28900 kv.m.