k dəfə Gəmiçiliyin Ro-Ro tipli gəmisi ilə Kurık limanından yük və minik avtomobilləri göndər
Qazaxıstanın Kurık limanından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Ro-RO tipli “Bəstəkar Qara Qarayev” gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb. RO-RO tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sabah çatacaq. Məlumat üçün bildirək ki, uzunluğu 125.25, eni 16.22 metr olan Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus “ Bəstəkar Qara Qarayev” gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur. Qeyd edək ki, bundan əvvəl Kurık limanından yalnız vaqonların yüklənməsi mümkün idi. Ro-Ro tipli gəmilər üçün yeni yanalma körpüsünün istifadəyə verilməsi isə TIR və minik avtomobillərinin də daşınmasına şərait yaradıb. Liman rəsmilərinin sözlərinə görə, yeni körpü ildə 2 milyona yaxın əlavə yük göndərməyə imkan verir.