ət xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif ver
Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət 3 əsas təkliflə çıxış edib. İqtisadiyyat naziri Şahin Mustafayev belə deyib. “Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ərazinin baş planı, azad zona haqqında qanun layihəsinin hazırlanması və qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi, son olaraq texniki-iqtisadi əsaslandırma təklifləri ilə çıxış edəcək”, – deyə nazir əlavə edib. Ş.Mustafayevin sözlərinə görə, təkliflər zəruri dövlət qurumlarının nümayəndələri ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq. Nazir Bakı limanında yük aşırmanın həcmindən də danışıb. Bildirib ki, 2016-cı ildə 3 mln. ton yük aşırılıb, yeni limanda isə yük aşırma həcminin 15 mln. tona yüksələcəyi nəzərdə tutulub.