�rbaycanda dəniz daşımlarının həcmi ar
2017-ci ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə yükdaşımalarda artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Belə ki, sözügedən müddətdə su nəqliyyatı ilə 5 mln. 961,6 min ton yük daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,1% artım deməkdir. Ümumilikdə 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 167 mln. 500 min ton təşkil edib. Bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Yük daşımalarının strukturunda 81,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,7% artıb.