in son rübündə neft bazarında tarazlıq bərpa olun
“Neft bazarı düzgün istiqamətdə irəliləyir. Lakin onun tarazlanması üçün zaman lazımdır”. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Londonda yerləşən “Asharq al-Awsat” qəzetinə belə bir açıqlama verib. Nazir hesab edir ki, fundamental bazar amilləri doğru istiqamətdə irəliləyir: ” Amma, son illərdə yığılan artıq neft ehtiyatları səbəbindən aldığımız qərarın effektivliyi üçün zaman lazımdır. Cari proqnozlar şist neft hasilatını da nəzərə alaraq onu deməyə imkan verir ki, ilin son rübündə tarazlıq bərpa olunacaq”. Xalid əl-Falih Liviya və Nigeriyadakı hasilat artımının OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına təhlükə yaratmayacağını da bildirib. Qeyd edək ki, Liviya və Nigeriyada hasilatın artması səbəbindən mayda OPEC-in hasilatı 336 min barel/gün artım göstərib.