Qərbi Abşeron” yatağında yeni quyu istismara ver
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-dan verilən məlumata görə, quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır