nizdəki hidrotexniki qurğular əsaslı təmir ol
Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə məxsus hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri başa çatdırılıb. Bu barədə “seanews.az”-a SOCAR-dan məlumat verilib. Məlumatda deyilir ki, təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 10 ədəd işıq dirəyi təzəsi ilə əvəz olunub. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəzlənib. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılıb, 23 işıq dirəyi yenilənib.