milyard dollar dəyərində qızıl daşıyan batmış gəmi tapı
Ulleunqdo adası yaxınlığında rus donanmasına məxsus olduğu təxmin edilən “Dmitri Donskoy” adlı savaş gəmisi tapılıb. Gəminin 130,5 milyard dollar dəyərində qızıl daşıdığı iddia olunur. “Seanews.az” xəbər verir ki, üzən vasitə 113 il əvvəl Yaponiya və Rusiya arasındakı müharibə zamanı batıb. Gəmidəki qızılların müharibə zamanı əsgərlərin maaşları, liman və digər xərcləri qarşılamaq üçün daşındığı təxmin edilir. Sakit okean donanmasının hərb tarixi muzeyinin əməkdaşları iddia olunan məsələyə münasibət bidiriblər. Qeyd olunub ki, kreyserin küllü miqdarda qiymətli metal daşıması haqqında hər hansı bir rəsmi sənəd yoxdur. Bu baxımdan gəmini aşkar edən “Shinil Group””un rəsmilərinin iddialarının doğruluğu haqqında danışmaq olmaz.