Eisenhower” gəmisinin sınaqlarına başlanı
ABŞ donanması tərkibindəki modernizasiya edilən “Eisenhower” döyüş gəmisinin sınaqları keçirilib. Bu barədə açıqlamanı “Norfolk” gəmiqayırma zavodunun mətbuat katibi Anna Teylor bildirib. O qeyd edib ki, sınaqlar təxminən bir ay davam edəcək. Bu müddət ərzində gəminin modernizasiya edilən vasitələrinin hər biri ayrı-ayrılıqda xüsusi yoxlanışdan keçiriləcək. O həmçinin bildirib ki, 34 milyona başa gələn modernizasiya işləri ilə bağlı sınaqlar yekunlaşdırıldıqdan sonra gəmi sentyabr ayında ABŞ donanmasına təhvil veriləcək. Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır