DP World” Malidə logistik mərkəz tikə
Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətlər qrupu Malinin paytaxtı Bamakoda 1000 hektarlıq bir sahədə logistik mərkəz inşa edəcək. Bununla bağlı müqavilə imzalanıb. “Seanews.az” xəbər verir ki, müqaviləyə əsasən, “DP World” sözügedən mərkəzi 20 il müddətinə işlədəcək. Layihənin ilk mərhələsində təxminən 50 milyon dollarlıq yatırım olunacaq. Bu mərhələdə konteyner terminalı qurulacaq. İnşa işlərinə 2019-cu ildə başlanacaq və 18 ay içərisində tamamlanacaq. Mərkəzin illik 300000 TEU tutuma malik olacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır