mi heyətinə məxsus otaqda yanğın baş v
Ağ dənizdə, Rusiyanın şimal-qərbində, Arxangelsk bölgəsində “Yamal İrbıs” gəmisində heyət otaqlarından birində yanğın baş verib. Nəticədə 12 kvadratmetrlik otaq yanıb, iki qonşu kayuta ziyan dəyib. “Seanews.az” xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır