anda qayıq qəzası: 24 məktəbli ö
Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 24 məktəbli həlak olub. “Seanews.az” xəbər verir ki, faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib. Qəza zamanı qayıqda 40 məktəblinin olduğu bildirilir. Xatırladaq ki, Sudanda şiddətli yağışlar iyunun 22-dən davam edir. Ölkə rəhbərliyi şiddətli yağış səbəbindən məktəblərdə dünəndən tətil elan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır