rkiyədə dənizi çirkləndirən gəmi külli miqdarda cəriməl�
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda Nemrut körfəzi sularını yanacaqla çirkləndirən gəminin mənsub olduğu şirkət 1 milyon 644 min 742 türk lirəsi (təxminən 25 min ABŞ dolları məbləğində) cərimələnib. Suyu çirkləndirən gəminin Palau bayrağı altında üzən “Harrier” quru yük gəmisi olduğu müəyyən edilib. Suya yayılan yanacağın təmizlənməsinə 10 nəfərlik qrup cəlb olunub. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır