nubi Koreya ilk yerli sualtı gəmisini təqdim
Cənubi Koreyanın ilk yerli sualtı gəmisinin təqdimatı olub. Ölkənin müstəqillik savaşçısı Dosan Ahn Cang-honun adını daşıyan gəminin təqdimat mərasimi Geoje adasında baş tutub. “Seanews.az” xəbər verir ki, təqdimatda ”Daewoo” Gəmiçilik və Gəmi Mühəndisliyi şirkətinin əməkdaşları, hərbçilər və hökumət nümayəndələri iştirak ediblər. “Dosan Ahn Cang-ho” orta sinif sualtı gəmisinin istehsalı zamanı ən müasir texnologiyalardan istifadə olunub. Dənizaltı bütün təhdidlərə cavab vermək imkanındadır. 8,3 metr uzunluğa, 9,6 metr enə malik gəmidə ballistik raketlər üçün 6 vertikal fırlatma borusu var. 20 gün fasiləsiz dənizin altında qala bilən “Dosan Ahn Cang-ho” 50 nəfər heyət daşıyır. “Dosan Ahn Çang-ho” nun sınaqlardan sonra 2020-ci ilin dekabrında istismara verilməsi gözlənilir.