mi Don çayında saya ot
Ukraynaya məxsus 3201 ton buğda daşıyan ümumi yük gəmisi “Sormovskıy-123” gəmisi Don çayında saya oturub. Hadisə 13 sentyabr, Moskva vaxtı ilə saat 00:25-də baş verib. “Seanews.az” xəbər verir ki, gəminin saya oturmasına səbəb dumanlı hava olub. Belə ki, “Sormovskıy-123” görmə şəraitinin pisləşməsinə görə yolunu dəyişib və nəticədə məlum hadisə baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır