rkiyə Antraktikada söz sahibi ol
Türkiyə Antarktikada söz sahibi olmaq üçün fəaliyyətini davam etdirir. Belə ki, hazırda qitədə “müşahidəçi ölkə” mövqeyində olan Türkiyə “məsləhətçi ölkə” statusu əldə etmək üçün çalışır. “Seanews.az” xəbər verir ki, bununla bağlı bir qrup elm adamından ibarət nümayəndə heyəti 2019-cu ildə növbəti və sonuncu dəfə Antarktikaya səfər edəcəklər. Bundan öncə heyət qitəyə 2017-ci ildə və 2018-ci ilin fevral-aprelində getmişdilər. Səfər çərçivəsində Antarktika Türk Elmi Bazasının təməli qoyulacaq. Bu, Türkiyənin “məsləhətçi ölkə” statusunu qazanması üçün əsas şərtdir. 2019-cu ildə baş tutacaq sonuncu səfərdən sonra qitədə Türkiyə bayrağı dalğalanacaq. Daha sonra “məsləhətçi ölkə” statusun alınması üçün müraciət olunacaq. Qeyd edək ki, məsləhətçi ölkələr Antarktikanın bugünündə və gələcəyində söz sahibidirlər.