ms Kukun 3 əsr əvvələ aid məşhur gəmisi tapı
Tanınmış ingilis dəniz səyyahı, tarixə “bütün materiklərə ayaq basmış ilk insan” kimi düşən Ceyms Kukun 3 əsr əvvələ aid gəmisi tapılıb. “Seanews.az” xəbər verir ki, Avstraliyanın milli dəniz muzeyinin arxeoloqları apardıqları araşdırmalardan sonra “HMS Endeavour” gəmisinin yeri müəyyənləşib. Məlumata görə, gəminin hissələrinin təyini gələn il planlaşdırılan sualtı qazıntılardan sonra mümkün olacaq. Arxeoloqların su altında 200 il qalmış gəminin hansı vəziyyətdə olması barəsində dəqiq məlumatları yoxdur. Xatırladaq ki, Ceyms Kuk dünya okeanında və Avstraliyaya etdiyi dəniz səyahətləri nəticəsində böyük kəşflərə nail olub. Onun kəşfləri dünya xəritələrinin çəkilməsində böyük rol oynayıb. Ceyms Kukun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilib.