Shell” və “Petronas” Misir sularında neft-qaz axtar
Misir “Royal Dutch Shell” və “Petronas” şirkətləri ilə neft və təbii qaz axtarışına dair müqavilə imzalayıb. Bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qərbi Nil Deltasında 8 quyunun qazılmasını nəzərdə tutan razılaşmanın dəyəri 1 milyard dollardır. Misin, həmçinin İngiltərənin “Rockhopper”, “Kuwait Energy” və Kanadanın “Dover Corporation” şirkətləri ilə neft və təbii qaz kəşfiyyatı üzrə 10 milyon dollarlıq saziş imzalayıb. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır