aniya beş ədəd yeni korvet inşa edə
Almaniya beş ədəd yeni Braunschweg (K 130) sinifinə aid korvet inşa edəcək. “Seanews.az” xəbər verir ki, korvetlərin tikintisi “ARGE 130” konsorsiumuna həvalə olunub. Layihənin icrasına 2019-ci ildə başlanacaq, işin 2022-ci ildə başa çatdırılması planlaşdırılır. Hazırda Almaniya donanmasının tərkibində beş ədəd Braunschweg (K 130) sinifinə aid korvet mövcuddur. Xatırladaq ki, korvet hərbi gəmilərin gözətçilik funksiyasını daşımaq üçün olan sinfidir. Başqa sözlə, korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır