çayında iki yük gəmisi toqqu
Rusiyanın Rostov vilayətində Don çayında “Volqa 147” və “Gloria” gəmisi toqquşub. “Seanews.az” xəbər verir ki,bu barədə “Rosmorrechflot” məlumat yayıb. Bildirilib ki, hər iki gəmi ciddi ziyan görüb. Hadisə zamanı ətrafa neft və neft məhsulları dağılmayıb. Qəzanın səbəbləri hazırda Rusiya Federasiyasının Nəqliyyat Təftiş Departamentinin əməkdaşları tərəfindən araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır