yərtəsində 335 sərnişin olan bərədə yanğın
Baltik dənizində göyərtəsində 298 sərnişin və 37 heyət üzvü olan gəmi-bərədə yanğın və ardınca partlayış baş verib. “Seanews.az” xəbər verir ki, hadisə yerinə Rusiya və Litvaya aid 8 gəmi, Litvanın bir helikopteri göndərilib və yanğın söndürülüb. Ölən və yaralananın olmadığı bildirilir. Məlumata görə, gəmi Litvanın dövlət bayrağı altında üzürmüş. Hadisə Rusiyanın Kalininqrad vilayətindən 135 km aralıda beynəlxalq suda baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır